Tarix: 03.07.2024 / 18:00
Diaspor Komitəsi ilə daha sıx iş birliyinə ümid edirik...   - Famil Abdullayev

Diaspor Komitəsi ilə daha sıx iş birliyinə ümid edirik... - Famil Abdullayev

“Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı yaşadığımız şəhərdə bir sıra işlər görmüşük”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında “Almatı-Petropavl” bazarının sahibi, Qazaxıstanda yaşayan soydaşımız Famil Abdullayev deyib.

Müsahibimiz qeyd edib ki, bir sıra tədbirlər, sərgilər təşkil edərək yerli xalqa tariximiz, mədəniyyətimiz və müasir dövrümüzdə baş verən reallıqlar barədə məlumatı çatdırmağa çalışmışıq:

“28 May Respublika Günü, Novruz Bayramını bütün diaspora nümayəndələri (başqa xalqlar daxil olmaqla) və şəhər əhalisini dəvət edərək təmtəraqla qeyd edirik. Həmçinin, Xocalı soyqırımı, 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı keçirilən tədbirlərdə gerçəkləri qonaqlara daha da ətraflı izah etməyə çalışırıq”.

“Diasporla İş üzrə Dövlət Komitəsi ilə daha sıx iş birliyinə ümid edirik. Xalqımızı dost Qazaxıstan Respublikasında təmsil etdiyimizə görə fəxr edirik!”, - deyə F.Abdullayev bildirib.

Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...