Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Təşkilatının direktoru Mike Burgess bəzi "dost" ölkələrin daxili işlərə müdaxiləsi barədə şok açıqlama ilə çıxış edib.
Diaspora.TV xəbər verir ki, “ABC News”un “Insider” proqramına müsahibə verən xüsusi xidmət başçısı deyib:
“Üç və ya dörd ölkənin Avstraliyadakı diaspor icmalarının "aktiv" müdaxilə ilə məşğul olduqlarını müəyyən etdik”.
Müdaxilə etmək istəyənlərin "dost" ölkələrin olduğunu vurğulayan baş kəşfiyyatçı, bunların adlarının açıqlanmasının böyük təəccübə səbəb olacağını da dilə gətirib.
Burgess əlavə edib ki, müdaxilə davam edərsə və avstraliyalılar üçün risk olarsa, o, bu ölkələri beynəlxalq ictimaiyyətə açıqlamağa hazırdır.