Tarix: 30.07.2024 / 18:11
Diaspor hərəkatı problemlər yaşayır    - Politoloq

Diaspor hərəkatı problemlər yaşayır - Politoloq

“Diaspor hərəkatının vahid mərkəzdən idarə olunması, yaxud təşkilatlanması problemdir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Sədrəddin Soltan deyib. Onun sözlərinə görə, Azərbaycan diaspor hərəkatı müəyyən problemlər yaşayır:

“Məsələn, Güney Azərbaycandan olan mühacirlər müxtəlif siyasi-ideoloji xətti təmsil edirlər. Azərbaycandan olan mühacirlər haqqında da bunu söyləmək olar. Ümumilikdə isə diasporu məncə aşağıdakı kimi təsvir eləmək olar. Siyasi motivli, ictimai motivli və sosial mötivli... Bir qədər bunu sadələşdirsək başını və qarnını götürüb qaçanlar. Bu fərqlilik diaspor hərəkatının güclənməsinə, formalaşmasına təsir göstərir. Digər tərəfdən həm Güney Azərbaycan, həm də Azərbaycan Respublikasında siyasi hadisələr bu prosesin güclənməsinə təsir göstərir”.

Politoloq hesab edir ki, bu kimi amillər də diaspor hərəklatının vahid gücə çevirilməsini əngəlləyir:

“Məsələn, son illər erməni diasporu da müəyyən ideya qıtlığı yaşamağa başlayır. Əvvəllər Azərbaycan torpaqlarının işğalı üzərində qurulan ideyalar köhnəlib, yaxud da puç olduğundan ermənilərdə ideyasızlıq yaranıb. Azərbaycan diasporunun təşkilatlanmasının başlıca problemi diaspor nümayəndələrinin laqeyidliyidir. Qüzey və Güney Azərbaycanda gedən proseslərə müəyyən laqeydlik göstərilir. Fikirimcə, bu prosesdə Azərbaycan səfirliklərinin də fəal iştirak etməsi vacibdir”.

Politoloq bildirib ki, istənilən dövlətdə Azərbaycan vətəndaşlarının duyğularını Azərbaycan dövlət olaraq qoruyur:

“Bu baxımdan səfirliklərin fəaliyyətdə olduğu ölkələrdə Azərbaycan vətəndaşlarının vəziyyətini araşdırıb və Diaspora Komitəsi ilə birgə işləməsi vacibdir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...