Tarix: 04.06.2024 / 10:47
Diaspor gənclərimiz üçün  YENİ TƏKLİF

Diaspor gənclərimiz üçün YENİ TƏKLİF

Portuqaliyada İsrailin həmin ölkədəki səfiri Dor Şapiranın da iştirak etdiyi “İnsan Haqları: 40 ölkədən gənc yəhudilər tərəfindən yazılmışdır” adlı yeni kitabın təqdimatı keçirilib.

Diaspora.TV yəhudi internet resurslarına istinadən xəbər verir ki, kitab dünyada yəhudilərə qarşı hücumlarla bağlı 40 ölkədə yaşayan gənc yəhudi diaspor fəalları tərəfindən cavab aktı kimi hazırlanıb.

Kitabı tərtib edən müxtəlif ixtisas və peşə sahibi olan yəhudi gənclər bu nəşri “…dünyanın dörd bir tərəfinə səpələnmiş gənc yəhudi kişi və qadınların oyanış çağırışı" adlandırırlar.

P.S. Diqqətimizi çəkən kitabın məzmunu yox, yəhudi gənclərinin təşəbbüsüdür. Bu təşəbbüs bizim xaricdə yaşayan mühacir gənclərimiz üçün də nümunə ola bilər. Belə bir təşəbbüsün bizim gənclər tərəfindən reallaşdırılması haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün çox səmərəli vasitə rolunu oynaya bilər.

Vahid Əli
Diaspora.TV

Şərhlər

Yaz...