Tarix: 10.07.2024 / 11:35
Diaspor fəallarının çoxu bu işi gəlir mənbəyinə çevirib   - Vitse-prezident

Diaspor fəallarının çoxu bu işi gəlir mənbəyinə çevirib - Vitse-prezident

“Diaspor işi xaricidə yaşayan hər bir həmvətənimizin içindən gəlməlidir. Bu sahədə sünilik etmək olmaz, çünki süniliyin diaspora heç bir xeyri yoxdur”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Fransa-Azərbaycan Dialoq Assosiasiyasının vitse-prezidenti Aytən Muradova deyib.

A.Muradovanın sözlərinə görə, soydaşlarımızın fəallığı qonşu ölkələrlə müqayisədə geridə qalır:

“Qonşu ölkələrdə böyükdən-kiçiyə hər kəs səhər-axşam ermənilər üçün nələrsə edirlər. Onların “haqq səslərini” ictimayyətə yalan informasiyalarla çatdırırlar. Bizdə isə o yoxdur”.

A.Muradova qeyd edib ki, diaspor fəallarının çoxu bu işi gəlir mənbəyinə çevirib:

“İş görənlər çoxdur, ancaq onlardan heç kəsin xəbəri yoxdur. Azərbaycanı tanıtmayanlar, təbliğ etməyənlər foto çəkdirib yanlış düşüncə formalaşdırırlar”.

A.Muradova əlavə edib ki, keçirilən tədbirlərin, görülən işlərin mahiyyətini və ölkəyə nə kömək edəcəyini araşdırıb, öyrənmək lazımdır:

“Avropa ölkələrində Azərbaycan dilində mitinq keçirməyin heç bir xeyri yoxdur. Əsas media və kommunikasiya üçün imkan və vəsait olmalıdır ki, sözümüzü deyə bilək. Diasporda yeganə yolumuz Azərbaycan mədəniyyətini hər yerdə tanıtmaqdır. Bu üsul ilə hər kəsə haqq səsimizi çatdırıb, sözümüzü deməliyik”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...