“Diplomatik korpuslarla diaspor rəhbərləri və dövlətin bu sahəyə məsul qurumları arasında birgə koordinasiyadan danışan istənilən diaspor fəalı, adı çəkilən qurumların fəaliyyətini onun özünə və ya təmsil olunduğu təşkilata münasibəti ilə qiymətləndirir”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Ukrayna Azərbaycanlıları Radası İdarə Heyətinin üzvü, tarixçi Eldar Tağıyev deyib.
E.Tağıyevin sözlərinə görə, diaspor fəallarının birgə koordinasiya məsələsinə yanaşması əksər hallarda reallığı əks etdirmir:
“Mən hazırkı şəraitdə dövlət qurumlarının Ukraynadakı işindən razıyam. Dnepr şəhərində uzun illərdir aylıq qəzetimiz nəşr olunur, fikirlərimizi kifayət qədər tanınan bu qəzet və teleqram kanalları ilə paylaşa bilirik. Müharibə şəraitində bundan artığını edə bilmirik”.
Xəyalə Zöhrab
Diaspora.TV