Tarix: 10 May 2024 18:23 | Baxış sayı: 624
Diaspor fəalları ilə bağlı seçim düzgün aparılmır  - Sabir Rüstəmxanlı

Diaspor fəalları ilə bağlı seçim düzgün aparılmır - Sabir Rüstəmxanlı

"Bir çox hallarda diaspor fəalları ilə bağlı seçim düzgün aparılmır".

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı aktiv diaspor fəallarının fərqləndirilməsi istiqamətində yeni mexanizmlərdən danışarkən deyib.

Deputat bu prosesdə yeni mexanizmlərə ehtiyac olduğunu vurğulayıb:

“Əvvəla, diaspor fəalları Diasporla İş üzrə Dövlət Komitəsi işçilərinin tanışlığı və münasibətinə görə yox, işinə görə, obyektiv seçilməlidir. İkincisi, diaspor fəalları millət sevgilərinə və real işlərinə görə dəyərləndirilməlidirlər, şəxsi münasibətlərə görə deyil. Bir çox hallarda seçimlər düzgün aparılmır”.

Jalə Əli
Diaspora.TV

Şərhlər

Yaz...

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır