Tarix: 13.06.2024 / 09:08
Diaspor fəaliyyətində qarşılaşdığımız əsas problem tələbələr...   - Elgün Məmmədov

Diaspor fəaliyyətində qarşılaşdığımız əsas problem tələbələr... - Elgün Məmmədov

“2021-сi ildə Türkiyənin Giresun şəhərində Giresun Azərbaycanlılar Dərnəyini qurmuşam”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Giresun Azərbaycanlılar Dərnəyinin rəhbəri Elgün Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı bir sıra tədbirlər həyata keçiriblər.

“Buna misal olaraq, “44 günlük Vətən müharibəsinin ildönümü”, “Xocalı soyqırımı”, “31 Mart Soyqırımı günü”, “Azərbaycanın Müstəqilliyi Günü”nü göstərə bilərik. Eyni zamanda, sərgi, elmi konfrans, konsert, park açılışları, rəsmi ziyafətlər və.s keçirmişik. Bir neçə tədbirimizə Diasporla İş üzrə Dövlət Komitəsi də dəstək olub”.

“Diaspor fəaliyyətində qarşılaşdığımız əsas problem tələbələrlə bağlıdır. Hazırda, Giresunda 1200 azərbaycanlı tələbə təhsil alır. Onları bir araya gətirmək çox çətindir. Təəssüf hissi ilə qeyd etmək lazımıdır ki, dünyanın hər tərəfində olan təşkilatlarımız üçün də eyni vəziyyətdir. Bunun bir çox səbəbi var. Birincisi, milliyətçilik duyğusu demək olar ki çox azdır. Ona görə də milli məsələlərə biganə yanaşırlar. Tədbirdə iştirak edəndə isə maddi və ya mənəvi gözlənti içərisində olurlar. Milli şüur tam formalaşmadığı üçün bir çoxu əyləncəni birlik və bərabərlikdən daha üstün tutur. Yəni, ancaq bu şərtlər daxilində təmənnasız iştirak edirlər”, - deyə müsahibimiz bildirib.

E.Məmmədov qeyd edib ki, Giresun Qaradənizdə ən çox azərbaycanlı tələbəyə malik olan şəhərdir:

“Bundan başqa, orada çoxlu sayda soydaşlarımız yaşayır. Mütəmadi olaraq həmin ailələrlə də görüşlər keçiririk”.

Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...