Tarix: 24.06.2024 / 10:45
Diaspor fəaliyyətində əsas problem birliyin olmamasıdır   - Şahlar Əlicanlı

Diaspor fəaliyyətində əsas problem birliyin olmamasıdır - Şahlar Əlicanlı

“Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı iki dəfə Azərbaycan teatrını, iki dəfə də “Bu şəhərdə”ni Londona dəvət etmişəm”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında "Umud Ltd" Şirkətin rəhbəri Şahlar Əlicanlı deyib.

Ş.Əlicanlı diaspor fəaliyyətində bir sıra problemlərin olduğunu etiraf edib:

“Diaspor fəaliyyətində əsas problem birliyin olmamasıdır. Problemi həll etmək üçün fədakarlıq etmək lazımdır. Düşünmürəm ki, bu zaman diaspor inkişaf edər. Bundan başqa, Azərbaycandan Böyük Britaniyaya teatr və konsert qruplarının dəvət olunması üçün dövlət dəstəyi lazımdır. Həmçinin, Böyük Britaniyada uşaqlarımıza Azərbaycan dilinin öyrədilməsi üçün televiziya proqramının açılmasını məqsədə uyğun hesab edirəm”.



“Çinlilər Çin Yeni ilini hər il Londonun mərkəzində təmtəraqla qeyd edirlər. Niyə biz ildə bir dəfə Londonda bayram yürüşü və milli yeməklərlə Novruz Bayramını təşkil edə bilmirik? Axı bu Azərbaycan üçün ən yaxşı reklamdır. Eyni zamanda, hər il Şotlandiyada Beynəlxalq İncəsənət Festivalı keçirilir. Çoxlu sayda dövlətlər ora öz nümayəndələrini göndərirlər, hətta orada Azərbaycanın qonşu ölkələrinin nümayəndələrini də görmək olar. Xalqımızın çoxlu sayda istedadlı insanları var, niyə bu festivalda iştirak etməyək. Böyük Britaniyada demək olar ki, hər bir azərbaycanlı ailəsində milli incilər var. Bunlar xalçalar, rəsmlər, milli alətlər, geyimlər və s. Bütün bunları toplayıb Londonda Azərbaycan yaradıcılığının bir həftəlik sərgisini də keçirmək olar”, - deyə müsahibimiz bildirib.

Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...