Tarix: 12.05.2024 / 21:20
Diaspor fəaliyyətimizdə ən böyük problem...-  Rəşad İbrahim

Diaspor fəaliyyətimizdə ən böyük problem...- Rəşad İbrahim

“Belçikada Azərbaycanlılar Federasiyası 2020-ci ildən etibarən Antverpen şəhərində fəaliyyət göstərir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Belçika Azərbaycanlıları Federasiyasının həmsədri Rəşad İbrahim deyib. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanın maraqlarını Avropada layiqli təmsil etməkdir:

“Eyni zamanda siyasi, mədəni, sosial fəaliyyətlər həyata keçiririk. Həmçinin, Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı Avropa siyasi institutlarında dəfələrlə görüş və tədbirlər keçirmişik. Həmin qurumların qarşısında mitinqlər təşkil etmişik. Bundan başqa, 2023-cü ildə Prezident İlham Əliyevin Brüssel səfəri zamanı da dəstək aksiyası keçirmişik”.

R.İbrahim diaspor fəaliyyətində qarşılaşdıqları ən böyük problem kimi erməni diasporunun və ermənipərəst təşkilatların anti-Azərbaycan fəaliyyətləri olduğunu vurğulayıb:

“Bu proseslərə qarşı media üzərindən, lazım olduqda isə mitinqlərlə əks cavab veririk. Hazırda səsimizi daha geniş auditoriyaya çatdıra bilməyimiz üçün yerli siyasi, mədəni və sosial təşkilatlarla əlaqə qurub daha səmərəli iş aparmaq lazım olduğunu düşünürük”.

Həsən Hüseynov

Şərhlər

Yaz...