Tarix: 17.06.2024 / 12:14
DİASPOR fəalı olan xanımların PUL DAVASI   - Haaqadakı restoranda nə baş verib?

DİASPOR fəalı olan xanımların PUL DAVASI - Haaqadakı restoranda nə baş verib?

Xəbər verdiyimiz kimi, iyunun 15-də Niderlandın Den Haag şəhərində yerləşən restoranların birində Azərbaycan diasporunun fəalları arasında dava düşüb. Diaspora.TV heç də xoşa gəlməyən bu hadisəni ictimailəşdirdikdən sonra sosial şəbəkələrdə ciddi müzakirə olunub. Müxtəlif platformalarda aparılan müzakirələrdə diaspor fəalları olan xanımlarımzın bu hərəkəti tənqid edilib.

Kimdir günahkar: Dava salan, yoxsa yayan?

Lakin diaspor fəalı olan xanımlarımıza yaxın olan bəzi insanlar informasiya ictimailəşəndən sonra Diaspora.TV-ni hədəf alıb. Maraqlıdır, Avropanın mərkəzi şəhərlərinin birində, ictimai yerdə dava sal, sonra da heç nə olmamış kimi başqasını ittiham et?! Diaspora.TV bu məsələdə peşəkar yanaşma nümayiş etdirib, davada adı hallanan Niderlandda yaşayan diaspor fəalı, Beniluks Azərbaycanlıları Konqresinin baş məsləhətçisi Lamiyə Babayeva ilə əlaqə saxlayıb, onun mövqeyini öyrənib və elə bir xəbərin içində də ictimailəşdirib. Təkrar edirik: Diaspora.TV bu məsələdə birtərəfli xəbər yaymayıb.


Foto: Lamiyə Babayeva

L.Babayeva Diaspora.TV-yə açıqlamasında ümumiyyətlə belə bir hadisənin baş vermədiyini iddia edib. Amma tədbirdə iştirak edən, adının açıqlanmasını istəməyən başqa bir mənbə isə Diaspora.TV-yə bildirib ki, hadisə baş verib, necə baş verib, bir az sonra detallı yazacağıq.


Foto: Nailə Bayramova və digərləri tədbirdə...

Amma tədbirdə iştirak edən xanımları qəzəbləndirən həm də L.Babayevanın “ordakılar heç bilmirlər Milli Qurtuluş Günü nə vaxtdır, onlar nə diasporun, nə də səfirliyin tədbirlərində iştirak etmirlər” kimi ifadələri olub. Qeyd olunur ki, restorana toplaşan xanımların böyük əksəriyyəti diasporun və səfirliyin tədbirlərində fəal olan xanımlardır. Hətta bu faktı təsdiq edən fotolar da göndəriblər.


Foto: Günay Bayramova

Davanın olduğunu təsdiqləyən birinci FAKT

Əlbəttə, hadisənin baş verməsini təkcə bizim mənbə təsdiq etmir, Lamiyə Babayevanın ən yaxın rəfiqələri də təsdiq edirlər. Elə gəlin ilk növbədə onlardan başlayaq. Belə ki, L.Babayeva ilə restorandakı davada adı hallanan Günay Bayramovanın etirafı:

“O dediyiniz vəzifəli şəxsin qohumu birinci aqressiyaya əl atıb, söyüşün biri 1 qəpiyə, bir öyrənin ki, söhbət nədən başlayıb, o 3 nəfər ora niyə gedib? Vəzifəli şəxsin qohumu Hollandiyada camaata pul atır, gizlənib qaçır. Neçə nəfərə minlərlə avro pul atıb!!! O qadına normal sual verildi ki, pulu nə vaxt qaytarırsan? O da keçdi aqressiyaya, nalayiq söyüşlərə!!!”


Göründüyü kimi, dava olub, həm də pul üstündə… Davada Azərbaycan diasporunu Niderlanda təmsil edən xanımlarımız “söyüşün birini bir qəpiyə satıblar”. Yuxarıda şərhlərini "skrin" etdiyimiz ana-bala - Nailə və Günay Bayramovalar da bir-birini təkzib edən açıqlamalar verirlər.

Davanın olduğunu təsdiqləyən ikinci FAKT

Əlavə şərh vermədən keçək başqa xanımın davanı təsdiqləyən açıqlamasına… Yenə də hansısa gizli mənbəyə deyil, elə Lamiyə Babayevanın ən yaxın rəfiqələrindən başqa biri, Niderlandda yaşayan soydaşlarımızın da yaxşı tanıdığı “Ana Vətən“ Niderland Azərbaycanlı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyevanın açıqlamasına:

“Mübahisələr butun insanlar arasında olur. Bu da onlardan biridir. Ortalığı qarısdırmaq, gündəmdə olub diaspora adına axmaq yazılar yazmaq xatirinə kimsənin yazdiğı “məlumata” əsaslanıb yazı yazmaq qeyri-professionaldır. İnsanlar arasındakı problemləri bu səviyyəyə çıxararaq oxunmaq xatirinə yazmayın… Kimsənin həddi deyil ki, başqasının problemini muzakirə etsin. Emosional davranan insanlar özləri problemini həll edəcək”.




Bəs, hadisə necə baş verib? - DETALLAR

İyunun 15-də Niderlandda yaşayan fəal soydaşımız Şəkər Azəri və Humay Ərəbova (qudadırlar) nəvələri üçün “uşaq gördü” təşkil ediblər. Bu tarixin seçilməsi də təsadüfü olmayıb: xanımlar düşünüb ki, həm Milli Qurtuluş Gününü qeyd edək, həm də nəvələrimiz üçün “uşaq gördü” təşkil edək. Məclisdə Niderlandda yaşayan 50-dək azərbaycanlı xanım iştirak edib. Qonaqlığın şən yerində Beniluks Azərbaycanlıları Konqresinin baş məsləhətçisi Lamiyə Babayeva, Günay Bayramova və anası Nailə Bayramova (Bayramovalarla bağlı ziddiyyətli fikirlər var) restorana daxil olublar. Davada tərəf kimi adı hallanan Əfsanə Həsən adlı xanım soydaşımız da dəvətlilər arasında olub.


Fotoda: Əfsanə Həsən

Davanın detalları iyrənc olduğu üçün ətraflı yazıb Avropada Azərbaycan diasporu adına iddia edən xanımlarımız haqqında mənfi rəy yaratmaq istəmirik.

Hazırda iş hüquqi araşdırma mərhələsindədir.

Əlavə məlumat verəcəyik.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Diaspora.TV

Əziz xanımlar və bəylər. Bu platforma bir-biriniz təhqir etmək yeri deyil, ona görə də onlarla rəyi təsdiq etmirik. Xahiş edirik diqqət edəsəniz. Leyla Bəşirova şikayət etmək sizin hüququnuzdur, yazı yazmaq, araşdırma aparmaq isə bizim işimizdir. Biz faktlar, səs yazıları və digər sübutlarla işləyirik, tərəflərin mövqeyni verməyə çalışmışıq. Biz Azərbaycan diaspor fəallarının daha da gözdən düşməməsi üçün tərəflərə şəxsi prinsiplərdən çıxış etməmələrini tövsiyyə etdik, danışıqlar apardıq. Buyurun Siz şikayət edin, biz də əlimizdəkiləri tökək ortaya...Sizə uğurlar.

20.06.2024 / 10:34

İlkanə Qoca

Heyflər olsun ki, icmamızda hələ də araya nifaq salan bir dəstə var və bunlar təəssüflər olsun ki, həm səfirlik həm də AR Diaspor üzrə Dövlət komitəsi tərəfindən dəstəklənir. İşlərinə nəsə yarımayanda ortaya nifaq Salı insanları uzaqlaşdırırlar. Mənim də başıma Eydi senarini gətirirərək səfirə, DİDK-ya, hətta deputatlara belə Gedik yalanlar dedilər. Bunların gördükləri yalançı diaspor fəaliyyəti ciddi ciddi araşdırılmalıdır. bunu dəfələrlə demişik. Amma nəticə Yonder. yeyib içmək, Diaspor komitəsini və diaspor fondunu dilə tutub insanların arxasınca danışıb nifaq salmaq, özləri isə eyş işrətlə məşğuldurlar. Niderlandda adımızı batırıblar. Komitə və Səfirliyin yaratdığı saxta diaspora və xüsusi təyinatlı diasporaşılar nə Azərbaycanın ismətli qadınlarını, nə də qeyrətli kişilərini təmsil edə bilər.

19.06.2024 / 22:56

Qərib Azər

İndi bu nədir də. Məsələn, biz indi yazsaq ki, Mayisə xanım Ağamirzəyeva Gündoğdu Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Diaspora Dəstək Fondunun dəstəyi ilə təşkil etdiyi bayram axşamına (15.12.2023- 20-12.2023) bileti soydaşlarımıza 40-70 evroya satıb (400 nəfərin iştirakı iddia olunur), o konsertdən gələn gəliri ehtiyacı olan ailələrə verəcəyini elan edib, amma bunu etməyib, onda olacağıq qeyri-peşəkar? (hazırda bu mövzu tərəfimizdən araşdırma mərhələsindədir, yaxın günlərdə Diaspora.TV-də)Duxunuz çatır yazın də... camaatla məzlənirsiz

19.06.2024 / 16:33

Seva

Mayisəni, Lamiyəni bilirdik, bu Əfsanə deyəsən təzə temadır. Təşkilat yaradır? deyəsən diasporda yaxşı pul var.

19.06.2024 / 16:29

Afsana Hasan

Beli Fuad bey eslinde Mafianın başçısı bilseydi ki, bu mesele ona da toxunacaq belke de icaze vermezdi amma ilahi edalet allah ağlını aldı ve daha da müdafie edir terorist kimi meclisi basan mexluqları daha anlamır ki, onun özünü öz silahı ile vurdular. Eslinde onun yıxılmağını isteyen ele o qrupdu haqq edalet yerini tapacaq bu gün Azerbaycanda siyasi qaçqın sırf müxalifetçi kimi tanınan terorist baş meslehetçidir amma kime meslehet verir özü bilmir!

19.06.2024 / 15:23

Yaz...