“Son zamanlar xaricə daha çox məclislər, şəxsi dəvətlər olduqda gedirdik”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Azərbaycan Aşıqlar Birliyinin üzvü Zülfiyyə İbadova (Aşıq Zülfiyyə) deyib.
Z.İbadovanın sözlərinə görə, yaxın keçmişdə diasporların xaricdə keçirilən tədbirlərinə dəvət almayıb:
“Daha əvvəl diasporlar dəvət ediblər, biz də iştirak etmişik. O zaman hər şey yüksək səviyyədə keçirilirdi. İstər qarşılama, istər yola salma mərhələləri ürəkaçan idi, məni qane edirdi”.
Qeyd edək ki, Z.İbadova 1986-cı ildə Almaniya, 1987-ci ildə Moskvaya festivalda iştirak edib. Hətta 1991-ci ildə Türkiyənin Konya şəhərində "Atatürk ödülü" qızıl medalına layiq görülüb. Bundan sonra da müxtəlif illərdə Z.İbadovanın xarici ölkələrə səfərləri olub.
Xəyalə Zöhrab
Diaspora.TV