Tarix: 23.07.2024 / 10:33
Diaspor bu prosesdə köməkçi rol oynayır   - Sabiq nazir

Diaspor bu prosesdə köməkçi rol oynayır - Sabiq nazir

“Səfirliyin vəzifəsi ondan ibarətdir ki, xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının müxtəlif sahələrdə hüquqlarını müdafiə etsin. İkincisi isə bizim diasporun imkanlarından istifadə edərkən Azərbaycan haqqında, yəni səfirliyin yerləşdiyi ölkədə dövlətinin siyasəti, tarixi barəsində yerli ictimaiyyətə həqiqətləri çatdırsın”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov diplomatik nümayəndəliklərlə diaspor qurumları arasında işin səmərəliliyinin artırılmasının yollarından danışarkən deyib.

Eks-nazir diasporun bu prosesdə köməkçi rol oynadığını əlavə edib:

“Digər tərəfdən Azərbaycan səfirlikləri adətən xaricdə olan “Bazar günləri” məktəblərinə də dəstək verirlər. İlk növbədə oradakı azərbaycanlıların uşaqlarının dil öyrənməsi üçün şərait yaradılmalıdır. Diaspor üzvləri bir-biri ilə ünsiyyət qururlar, beləcə onların arasında təmaslar yaranır. Gələcəkdə bu təmaslar diasporların bu və ya digər ölkələrdə yaşamasının əsas meyarlarına çevrilir. Yəni çox şaxəli bir işdir”.

Tofiq Zülfüqar hesab edir ki, onun təməli çoxdan qoyulub:

“İndi- indi biz görürük ki, Azərbaycan diasporu müxtəlif ölkələrdə öz sözünü deyə bilir və Azərbaycanın xeyrinə hansısa xidmətləri göstərir. Bu istəlinən səfirliyin vəzifələrinə daxil oln məsələdir”.

Sabiq nazir onların iki kateqoriyasının mövcud olduğunu vurğulayıb:

“Yeni ölkənin vətəndaşları, amma onların kökləri Azərbaycandan olan insanlardı və eyni zamanda Azərbaycan vətəndaşlarıdır. Onlarla iş müxtəlif əsaslarda qurulur və fərqlənir. Əgər tədbirləri səfirliklər təşkil edirsə, orada hər iki hissə iştiark edir”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...