Tarix: 23.04.2024 / 18:05
“Diaspor Akademiyası” layihəsi çərçivəsində  səkkizinci təlim keçirilib

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən həyata keçirilən “Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim baş tutub.

Diaspora.TV komitənin saytına istinadən xəbər verir ki, onlayn gerçəkləşən təlim “Diasporun informasiya strategiyası, media kanallarının, sosial profillərin, saytların idarə edilməsinin əsasları” mövzusuna həsr olunub.

Təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov diaspor təşkilatlarının informasiya strategiyasının incəlikləri, “çart” mesajları (chart message) göndərmək üçün uyğun kanalların seçilməsi, diaspor təşkilatlarının hədəf kütləsinin müəyyənləşdirilməsi, sosial profillərin idarə edilməsi, saytlarda məzmunların paylaşılmasının vacibliyi və başqa bu kimi məsələlər barədə ətraflı məlumat verib.

İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb.

Şərhlər

Yaz...