Tarix: 03.06.2024 / 18:26
Diaspor ailələrini birləşdirəcək yeni platforma...  Yəhudilər yenə öndə

Diaspor ailələrini birləşdirəcək yeni platforma... Yəhudilər yenə öndə

Yəhudi diasporunun media subyektlərindən sayılan "Jewish news syndicate" nəşrində müəllifi Etgar Lefkovitsin olduğu maraqlı məqalə dərc olunub. Məqalədə dünyaya səpələnmiş yəhudi ailələrini birləşdirən, Ata yurd hesab etdikləri İsraillə əlaqəni təmin edən "Bizim ailə" adlı platformadan bəhs olunur.

Məqalənin oxucularımız və diaspor fəalları üçün maraqlı olacağını nəzərə alıb ixtisarla təqdim edirik:

"Biz ən kiçik millət ola bilərik, amma biz dünyanın ən böyük ailəsiyik" deyir "Bizim Ailə"nin qurucusu...

Yeni immiqrant diaspora yəhudi ailələrini israillilərlə birləşdirməyə çalışır

Oktyabrın 5-də ABŞ-da yaşayan Abi Bitton adlı yəhudi qısa bir tətil üçün Qüdsdəki nişanlısını ziyarət etməyə gələndə onun həyatının trayektoriyası həmişəlik dəyişdi. Burada müharibə başlayanda onun nişanlısı Nataşa "biz İsraili tərk edə bilmərik" dedi, halbuki iki il əvvəl Argentinadan İsrailə köçən, lakin toylarından sonra Nyu-Yorka köçməyə razılıq verən bu yəhudi qız "bu, ölkəmiz üçün həlledici məqamdır və biz bununla bağlı nəsə etməliyik" deyirdi.

Yəhudi xalqının "Qlobal İcması"

Hadisələrin bu məcrada cərəyan etməsi Bittonu düşündürür. Bir müddət İsraildə işlədikdən sonra o, hərəkətə keçir. O, diaspor yəhudilərini real vaxt rejimində israillilərlə əlaqələndirməkdə qərarlı idi və davamlı dəyişikliklər etmək istəyirdi.

İşini tərk etdikdən sonra o, Nyu-York maliyyəçisi Ari Berqmanna qlobal yəhudi icması üçün dünyadakı yəhudi ailələrini İsrail ailələri ilə birləşdirəcək platforma yaratmaq kimi nəcib məqsədlə müraciət edir.



Bizim "Mişpaça" (ailə) belə doğuldu

Oktyabrın 7-dən bir həftə sonra onlayn fəaliyyətə başlayan təşkilat o vaxtdan ABŞ, Böyük Britaniya, Argentina, Avstraliya və Braziliyadakı 1000 yəhudi ailəsini eyni sayda israilli ailə ilə birləşdirib. Onlar koordinatorlar qrupu tərəfindən seçilir və sonra zoom vasitəsilə və bəzən də şəxsən əlaqələndirilir.

Artıq ümumilikdə 5000 israilli ailə qeydiyyatdan keçib, onların çoxu ailə başçısı ilə birlikdə hazırda orduda xidmət edir. "Biz ən kiçik millət ola bilərik, amma biz dünyanın ən böyük ailəsiyik" deyir Bitton müsahibəsində və əlavə edir: "Mənim məqsədim əvvəlkindən daha güclü olmağımızdır".

Layihə tez bir zamanda Bnei Akiva Gənclər Hərəkatı, Dünya Sionist Təşkilatı və Yəhudi Agentliyi kimi veteran yəhudi təşkilatlarının marağına səbəb olur. İngilis və İvrit dillərində pulsuz onlayn platformada qeydiyyatdan keçən israillilərin sayı diaspora müraciət edənlərdən 5-dən çox olsa da, diasporadakı 55 sinaqoqun qeydiyyatdan keçməsi ilə başlayır.

Bitton, 4000 israilli ailə əlaqə qurmaq üçün gözləmə siyahısında olsa da, ailə əlaqələrindən ən çox faydalananların diaspordakı yəhudilər olduğunu söyləyir. Təşkilatda doqquz işçidən ibarət kiçik bir komanda var və Bitton ümid edir ki, nəticədə bu öz-özünə kifayət edəcək.

Cütlükdə olanlar üçün onlayn qarşılıqlı əlaqə çox vaxt şəxsi dostluğa çevrilir, Amerika ailələri müharibənin son səkkiz ayı ərzində həmrəylik səfərlərində yeni İsrail ailələrini ziyarət edir və ya alternativ olaraq ABŞ-da görüşürlər.

P.S. Qeyd edək ki, Dünya Azərbaycanlılarının Beynəlxıq Fondu da artıq soydaşlarımız üçün oxşar məzmunlu digital paltforma üzərində çalışmalara start verib. Bu barədə Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun mayın 14-də keçirilən Roma Forumunda qərar qəbul edilib.

Diaspora.TV

Şərhlər

Yaz...