Diaspora.TV-də yayımlanan “Müzakirə vaxtı”nın növbəti buraxılışında “Türkiyədə Azərbaycan dərnəkləri: Koordinasiya varmı?” sualı ətrafında müzakirələr aparılıb.
Diaspora.TV-nin rəhbəri Niyaz Niftiyevin qonağı İstanbul Azərbaycan Kültür Evinin rəhbəri, tanınmış ictimai xadim, şair Hikmət Elp olub.
Hikmət Elplə Türkiyədə Azərbaycan dərnəkləri, müxtəlif universitetlərdə İrəvanla bağlı keçirdikləri konfranslar, şair və yazıçılarımızın, musiqimizin təbliği istiqamətində görülən işlər, azərbaycanlıların koordinasiya və təhsil məsələləri ətrafında fikir mübadiləsi aparılıb.