Tarix: 03.05.2024 / 13:58
Deputatlar  Şimali Kiprə gedir

Deputatlar Şimali Kiprə gedir

Mayın 15-də Şimali Kipr Türk Respublikasında (ŞKTR) Ümummilli Lider Heydər Əliyevin büstünün açılış mərasimi keçiriləcək.

Diaspora.TV AZƏRTAC-a istinadən xəbər verir ki, Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar olaraq Azərbaycan-Kipr Dostluq Assosiasiyası tərəfindən təşkil olunan tədbirdə Azərbaycan Milli Məclisinin deputatlar qrupunun iştirakı planlaşdırılır.

Tədbirlər proqramına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı, “Azərbaycan, Türkiyə və ŞKTR münasibətlərinin gələcəyi” mövzusunda konfransın və “Azərbaycan bizim qəlbimizdir” fotosərginin keçirilməsi daxildir.

Tədbir iştirakçılarının qarşısında ŞKTR parlamentinin sədri Zorlu Tope çıxış edəcək.

Şərhlər

Yaz...