Tarix: 20.08.2024 / 15:25
Deputat miqrantlarla bağlı bu qadağa layihəsini     tənqid etdi

Deputat miqrantlarla bağlı bu qadağa layihəsini tənqid etdi

Dövlət Dumasının Əmək, Sosial Siyasət və Veteranlarla İş üzrə Komitəsinin üzvü Svetlana Bessarab miqrantların ailələri ilə birlikdə Rusiyaya köçməsinə qadağa qoyulmasının yalnız mənfi nəticələrə səbəb ola biləcəyi qənaətindədir.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, deputat bu təşəbbüsü tənqid edib.

“Mənə elə gəlir ki, həmkarlar hələ də bu qərara bir qədər tələsirlər, çünki əməkçi miqrant yaşayış icazəsi almağa gəlirsə, qanuna tam riayət edirsə, hətta aşağı ixtisaslı iş yerində yüksək keyfiyyətlə və Rusiya Federasiyasının qanunvericiliyinin bütün normalarını yerinə yetirirsə, niyə ona ailəsini bura köçürməyə və gələcəkdə işini davam etdirməyə icazə verməsin”, - deyə deputat bildirib.

Şərhlər

Yaz...