Tarix: 20.12.2024 / 13:30
Deputat həbs edilən diplomatdan danışdı:    Avropada oturub, Azərbaycana qarşı..

Deputat həbs edilən diplomatdan danışdı: Avropada oturub, Azərbaycana qarşı..

“Dövlət Təhlükəsizlik Xidməti Misirdə fəaliyyət göstərmiş Ramiz Vəliyevi ifşa edib. Biz bilirik ki, bu, uzun çəkəcək”.

Diaspora.TV xəbər verir ki, bunu deputat Hikmət Babaoğlu Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, dəfələrlə bəzi diplomatlarımız Azərbaycanın əleyhinə fəaliyyət göstəriblər və ifşa olunublar:

“Onlardan bəziləri hələ də Avropanın məkanında oturub, Azərbaycana qarşı qarayaxma ilə məşğuldurlar”.

Millət vəkili bildirib ki, ifşa olunan diplomatın fəaliyyətində “UMU” deyilən gizli təşkilat aşkarlanıb:

“Təşkilatlanma elə buradan başlayır. Abreviaturanın açılışı belədir: “Ulduz metrosunun uşaqları”. Əslində heç bir şey yoxdur, amma görün Azərbaycan dövlətinə qarşı nə qədər ziyan vurur. Ona görə də ictimai birliklərdə məsuliyyət mütləq nəzərə alınmalıdır. Biz bilməliyik ki, diplomatımız hansı ictimai birliyə mənsubdur, o ictimai birliyin fəlsəfəsi nədir”.

Xatırladaq ki, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində məsul vəzifələrdə çalışmış Ramiz Vəliyev dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə həbs edilib.


Şərhlər

Yaz...