Tarix: 11.07.2024 / 23:12
Deputat ABŞ-dakı qızını görmək üçün  Bakıya çağırdı

Deputat ABŞ-dakı qızını görmək üçün Bakıya çağırdı

Dövlət Dumasının deputatı, Sovet fiqurlu konkisürəni İrina Rodnina ABŞ vətəndaşı olan qızı Alena Minkovskaya ilə görüşmək üçün Rusiyanı tərk edib.

Diaspora.TV Rusiya KİV-nə istinadən xəbər verir ki, doğmalar görüş yeri kimi Azərbaycanı seçib.

Alena Minkovskaya İnstaqramda (bu platformanın sahibi Meta Rusiyada ekstremist kimi tanınıb və qadağan olunub) Rodnina ilə bir neçə fotosunu yerləşdirib.

Minkovskaya şəkillərin altına "Ailə birləşməsi" yazıb.

Şəkillər Azərbaycandakı otellərdən birində çəkilib. Alena anası ilə görüşə əri Ceyk Hartman və qızı Lola ilə gəlib.

Rodnina on qat Dünya çempionu və 11 qat Avropa çempionu, üç dəfə Olimpiya oyunlarının qalibi olub.

Qeyd edək ki, Rusiyada rəsmi şəxslərə ölkəni tərk etmək qadağası var, xüsusilə Rusiyaya sanksiya tətbiq edən ölkələrə gedənər cəzalandırılır.

Şərhlər

Yaz...