"Dənizi ilk dəfə Bakıda gördüm".
Diaspora.TV xəbər verir ki, bu barədə aktyor Sergey Batalov Moskva-Bakıya müsahibəsində bildirib.
“Heç dəniz görmədiyimə görə Azərbaycandan olan tələbə yoldaşlarım məni Bakıya dəvət etdilər. Həyatımda ilk dəfə dənizi orada gördüm və o, Xəzər dənizi idi. Bütün günü sahildə keçirdim. Elə yandım ki, ömrümün sonuna qədər xatırlayacağam. İndi dəqiq bilirəm ki, Bakıda günəşlə daha diqqətli olmaq lazımdır. Amma məmnuniyyətlə yenə də Bakıya uçmaq istəyərdim” – deyə aktyor bildirib.