“Bəlkə də bu gün Avropaya çıxarılacaq Azərbaycan filmi var. Amma əvvəl həmin filmlərə öz vətənimiz qiymət verməlidir, sonra festival vasitəsiylə hansı ölkəyə istəsələr apara bilərlər”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Əməkdar artist Fizuli Hüseynov deyib. Aktyor bu gün yaxşı filmlərin nümayişinin Avropanın diqqətində olduğunu bildirib:
“Film varsa xarici ölkələr özü dəvət edəcək. Bunun üçün hansısa adama gərək yoxdur”.
“Deyirsiniz ki, xarici ölkələrə çıxarılacaq filmlərimiz yoxdur” sualına aktyorun cavabı belə olub:
“Mənə rast gəlməyib. Bəlkə də var. Eşitdiyimə görə Gəncə teatrı Portuqaliyada uğur qazanıb, demək ki, daydaysız da nəsə etmək mümkündür. Film də elə”.
Jalə
Diaspora.TV