Tarix: 07.05.2024 / 14:03
Delimitasiyanı dayandırmaq göstərişi versəm müharibə başlayacaq  - Paşinyan

Delimitasiyanı dayandırmaq göstərişi versəm müharibə başlayacaq - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin tələblərinə baxmayaraq, Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bildirib.

Diaspora.TV xəbər verir ki, Nikol Paşinyan bu barədə mətbuat konfransında bildirib.

“Əgər mən arxiyepiskopların, katolikosların və başqalarının tələblərini yerinə yetirsəm və delimitasiyanı dayandırmaq göstərişi versəm, nə baş verəcək? Müharibə başlayacaq. Bu müharibə bir neçə mənada legitim olmayacaq”, - deyə o vurğulayıb.

O, Gürcüstan və İranla mehriban qonşuluq münasibətlərinin dərinləşdirilməsi və inkişafı, Türkiyə və Azərbaycanla düşmənçiliyin aradan qaldırılması, regional nəqliyyat inteqrasiyası, iqtisadi əlaqələrin qurulması, onların dərinləşməsi və inkişafı regional mühitin normallaşmasını rəsmi İrəvanın mövqeyi saydığını bildirib.


Şərhlər

Yaz...