Tarix: 02.09.2024 / 18:12
Dava salanlar “Lamborgini”də qaçdı, amma polis gənc    azərbaycanlını tutdu  - VİDEO

Dava salanlar “Lamborgini”də qaçdı, amma polis gənc azərbaycanlını tutdu - VİDEO

Moskvada Patriarx su hövzəsindəki “Aist” restoranında başlayan dava atışma ilə davam edib. Sonra münaqişənin iştirakçıları “Lamborgini” markalı idman avtomobili ilə qaçıblar.

Diaspora.TV xəbər verir ki, bu barədə sentyabrın 2-də “İzvestiya”nın mənbəsi məlumat verib.

Polis əməkdaşları hadisə ilə bağlı 33 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.

“Davanın digər iştirakçıları “Lamborgini” ilə hadisə yerindən qaçıblar”, - deyə mənbə bildirib.

Qeyd edək ki, sentyabrın 1-də Moskvada Patriarx su hövzəsində daha bir atışma olub. İlkin məlumata görə, əvvəlcə 20 nəfərin iştirak etdiyi davada atışma səsləri eşidilib. Hadisə yerinə gələn polis “Stork” restoranını mühasirəyə alıb və gələnləri təxliyyə edib. Bir nəfərin saxlanıldığı qeyd edilir. O, polis şöbəsinə aparılıb. Onun üzərindən travmatik tapança və tam klips aşkar edilib. Hadisə yerindən iki giliz tapılıb.







Şərhlər

Yaz...