Hazırda Bakıda olan Stavropolda yaşayan erməni əsilli bloger Agunik Abovyan Diaspora.TV-yə müsahibə verib.
Bir neçə il əvvəl Stavropolda yaşayan azərbaycanlı ilə ailə quran Agunik Abovyan İslam dinini qəbul etdiyini, hətta adını dəyişərək Aidə qoyduğunu (Aida Quliyeva) və ən çox da arzuladığı Azərbaycan səfərini kerçəkləşdirdiyini bildirib.
Aida Quliyeva qeyd edib ki, dinini dəyişmək onun şüurlu və könüllü qərarıdır. O, etiraf edib ki, Azərbaycana sevgisinə və ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyi üçün Stavropol daşnakları tərəfindən daim təhdidlərə və təqiblərə məruz qalır.
A.Quliyeva vurğulayıb ki, Stavropolda fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan diaspor təşkilatının sədri Fəxrəddin Yarıyev hər zaman onu dəstəkləyir və buna görə ona çox minnətdardır:
“Hazırda Azərbaycana səfərimə etiraz olaraq Rusiyanın bir çox şəhərlərindən, hətta Belarusda yaşayan daşnaklar mütəşəkkil şəkildə pul toplayaraq Stavropola qayıdandan sonra mənimlə bağlı tədbir görmək istəyirlər. Bilmirəm nə olacaq, amma mən heç kimdən qorxmuram”.
A.Quliyeva Azərbaycanda olduğu müddətdə Qarabağa getmək və Şuşa məscidində namaz qılmaq istədiyini də bildirib.
Erməni əsilli bloger həm Ermənistanda, həm də xaricdə yaşayan ermənilərə müraciət edib. A.Quliyeva erməniləri regionun firavanlığı naminə Azərbaycanla sülhə və əməkdaşlığa çağırıb.
Roma
Çox sağ olun, Aida xanım, hər halda Sizi bu işə, yəni heç kim güclə məcbur etməyib, özünüz ürəyinizin, qəlbinizin səsinə qulaq asaraq, həm müsəlmanlığı və həm də xeyirlə-şəri ayırd edərək xeyirə tərəf mövqe tutmusunuz. Sizə can sağlığı arzulayəram...
24.07.2024 / 03:21