Ermənilərin mənfur terrorçu təşkilatına bağlı olan Ermənistan Gənclər Federasiyasının (AYF) təcrübə proqramı bu qurumun ən qabaqcıl yay proqramlarından biridir və dünyanın hər yerindən erməni əsilli abituriyentləri öz ölkələrinə cəlb edir. Bu il ABŞ-ın Kaliforniya, Çikaqo, Detroit, Massaçusets, Nyu-Cersi, Nyu-York, Vaşinqton ştatları və Kanadanın Toronto şəhərindən olan 16 təcrübəçi Ermənistana dəvət olunub. Onlar texnoloji startap layihələrində, uşaq baxım mərkəzlərində, tikinti firmalarında və s. müxtəlif yerlərdə təcrübə keçəcəklər.
Diaspora.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumatda deyilir ki, onlar Ermənistana təkcə işləmək üçün gəlmirlər, həm də İrəvanın Kentron rayonunda yaşayırlar ki, bu da onlara yerli sakinlərlə gündəlik ünsiyyətdə olmaq imkanı verir.
Yay mövsümündə AİF təcrübəçiləri ölkənin müxtəlif yerlərinə ekskursiyaya da göndərilir.
Düşmənlərimiz də olsa, fikrimizcə, örnək alınası təcrübədir. Bizim aidiyyatı qurumlarımız da diaspor gənclərimizin ölkəyə cəlb edilməsi üçün bir neçə layihə həyata keçirib. Bu təcrübədən də faydalansalar, xarici ölkələrdə yaşayan azyaşlı diaspor gənclərinə Vətənin tanıdılması baxımından faydalı olardı.
Vahid
Diaspora.TV