Tarix: 23.09.2024 / 11:00
Daşnak diasporu COP29-un üzərindən niyə ölkəmizə    qarşı çıxır?

Daşnak diasporu COP29-un üzərindən niyə ölkəmizə qarşı çıxır?

“ABŞ Dövlət katibi İlham Əliyevə zaman-zaman zəngləri olub, kifayət qədər pozitiv mesajlarla zəngindir. İlk öncə Azərbaycanla Ermənistan arasında delimitasiya proseslərində əsasnamələrin təsdiqi ilə bağlı bir məmnunluğunu ifadə edib. O cümlədən sülh sazişi istiqamətində müəyyən gəlişmələr də olduğunu arzulayıb. COP29 beynəlxalq tədbiri ilə bağlı əməkdaşlıq etmək və Azərbaycanla birlikdə olacağına bir növ dəstəyini ifadə edib. Bu Azərbaycanın xeyrinədir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Zəlimxan Məmmədli ABŞ dövlət katibinin Prezident İlham Əliyevə telefon zəngindən sonra xaricdə fəaliyyət göstərən daşnak təşkilatlarından qidalanan bəzi siyasi və ictimai şəxslər COP29-un üzərindən ölkəmizə qarşı kampaniya aparılmasının səbəblərini şərh edərkən deyib.

Politoloq hesab edir ki, Amerika-Azərbaycan arasında ciddi konfrantasiyalar var deyən mərkəzlər bir az burada iflas olurlar:

“Hər halda bəyanat və münasibətlərində Amerikanın marağını bölgədə sülhün əldə olunması və konfliktsiz bir zonaya çevrilməsi görünür. Narahat olan mərkəzlər bunu istəməyənlərdir. Birincisi, Azərbaycanla Ermənistan arasında daim konflikt qalsın. İkincisi, dünyanın ən güc mərkəzi olan Amerika ilə Azərbaycanın yaxınlaşmasını istəməyən qüvvələrdi. Üçüncüsü, Amerika, Qərb dövlətləri, NATO ilə Azərbaycan arasında konfliktlərin dərinləşməsini istəyən qüvvələr narahat ola bilərlər. Burada qonşumuz İran və Rusiya faktoru da var”.

Politoloq qeyd edib ki, baş verən prosesin Azərbaycanın milli maraqları ilə bağlı tutduğu ciddi mövqedə israrlı olmasına dəstək ifadə olunur:

“Yəni Azərbaycanın suverenliyi ilə bağlı ikinci bir sual ola bilməz qənaəti ortaya gəlir. O cümlədən Ermənistan Azərbaycan arasında konfliktlərin qısa zamanda həll olunması arzulanandır. Təbii ki, burada bir şüuraltı COP29-a qədər hansısa bir protokol imzalanması ehtimalını hiss edirəm. COP29-a qədər bu ümumi prinsiplər əsasında sazişin imzalanması Azərbaycanın milli maraqlarına cavab verir. Narahat olanların narahatçılığına əsas yoxdur”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...