Tarix: 05.11.2024 / 12:21
Danimarkada   “Zəfər” tədbiri  keçirilib

Danimarkada “Zəfər” tədbiri keçirilib

Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Kopenhagen şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunan “Zəfər” tədbiri təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov belə bir tədbirin təşkilinə görə “Vətən” Cəmiyyətinə təşəkkürünü bildirib, Zəfər Gününün bütün dünyada qeyd edilməsinin qürurverici olduğunu diqqətə çatdırıb.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarının əks olunduğu Zəfər gününə həsr olunan videoçarx nümayiş olunub, vətənpərvərlik mahnılarının, milli musiqimizin sədaları altında üçrəngli bayrağımız dalğalandırılıb, Azərbaycan xalqının qüdrətinin rəmzinə çevrilən 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin bir əsrin hüdudlarına sığmadığı vurğulanıb.

Qeyd edək ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.

Şərhlər

Yaz...