Tarix: 04.11.2024 / 13:10
Danimarkada Azərbaycan icması ilə    görüş keçirilib

Danimarkada Azərbaycan icması ilə görüş keçirilib

Kopenhagen şəhərində Danimarkada yaşayan azərbaycanlılarla görüş keçirilib. Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin yad olunması ilə başlayıb.

Diaspora.TV Diasporla İş üzrə Dövlət Komitəsinin saytına istinadla xəbər verir ki, Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri Mehriban Əliyeva Sadiqi bu ölkədəki Azərbaycan icmasının, eləcə də rəhbəri olduğu “Vətən” Cəmiyyətinin fəaliyyəti haqqında ətraflı məlumat verib, görülən işlər barədə videomaterialı iştirakçılara təqdim edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə ölkəmizin diaspor siyasətindən danışıb, Ümummilli Liderin əsasını qoyduğu bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğunu nəzərə çatdırıb.

Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı layihələr barədə geniş təqdimat keçirilib.

Şərhlər

Yaz...