Tarix: 20.11.2024 / 15:16
Daha bir qətl: Keçmiş sevgilisi    azərbaycanlını öldürdü

Daha bir qətl: Keçmiş sevgilisi azərbaycanlını öldürdü

Sakaryanın Adapazarı qəsəbəsində keçmiş sevgilisi tərəfindən silahla vurulan Azərbaycan əsilli Şəlalə Mirzəli xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra şübhəli Alaattin A həbs edilib.

Diaspora.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd olunub ki, hadisə saat 09:00-da baş verib. Bazarda işləyən Şəlalə Mirzəli 6 yaşlı uşağını qohumunun yanına qoyub işə gedərkən sevgilisinin tapançadan açdığı atəş nəticəsində dünyasını dəyişib.


Şərhlər

Yaz...