Tarix: 10.10.2024 / 20:45
Daha bir Azərbaycanlı xanımın   uğuru

Daha bir Azərbaycanlı xanımın uğuru

Arzu Sadıqzadə Məzahir qızı 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşunaslıq fakültəsindən məzun olub.

Diaspora.TV xəbər verir ki, bu barədə Avropa Azərbaycanlılarının sosial media platforması məlumat yayıb.

2015-2018-ci illərdə Türkiyə Respublikasının Hacettepe Universitetinde Publik Hüquq üzrə magistr pilləsini tamamlayıb və “Mülkiyet Hakkı Çerçevesinde Çıraqov Davası” adlı elmi işi Astana Yayınevi tərəfindən kitaplaşdırılıb.

2019-cu ildə Türkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin təqdim etdiyi təqaüd programını qazanaraq Hacettepe Universiteti’nin doktorantura programını qazanıb.

2024-cü ildə doktoranturasını tamamlayıb Hüquq Üzrə Fəlsəfə Doktoru adını qazanmışdır. “Barış Antlaşmalarında Savaş Tazminatı ve Karabağ Sorununa Yansımaları” adlı elmi işi Adalet Yayınevi tərəfindən kitaplaşdırılmışdır.

Şərhlər

Yaz...