Tarix: 16.09.2024 / 09:17
Azərbaycanlı Rusiya-Ukrayna müharibəsində  həlak oldu   - FOTO

Azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu - FOTO

Daha bir həmyerlimiz Rusiya-Ukrayna döyüşlərində dünyasını dəyişib.

Diaspora.TV xəbər verir ki, Rusiya-Ukrayna cəbhəsində, əslən Astara rayonundan olan 28 yaşlı Hikmət Ağayev ölüb.

Hikmət Ağayev Rusiya vətəndaşı olaraq müqavilə ilə bu ölkənin ordusuna cəlb olunub. Onun Kursk istiqamətində gedən döyüşlərdə öldüyü bildirilir.

Qeyd edək ki, həmyerlimiz 10 ilə yaxın idi Tula vilayətinin Novomoskovsk şəhərində yaşayırdı./Lent.az



Şərhlər

Yaz...