Azərbaycanlı fəal Behzad Xudabəndəli İranın Ədliyyə-Məhkəmə Sistemi tərəfindən bildirişlə Qoşaçay (Miandoab) İnqilab Prokurorluğunun cinayət hökmlərinin icrası üzrə ikinci bölməsinə çağırılıb.
Diaspora.TV xəbər verir ki, azərbaycanlı fəala göndərilən bildirişdə yazılıb:
“Məhkəmə işinişlə bağlı, cəriməni ödəmək üçün 10 gün ərzində bölməyə gəlməyiniz lazımdır. Eyni zamanda, vaxtında gəlsəniz, mümkün 20% endirim əldə edəcəksiniz”.
Qeyd edək ki, Behzad Xudabəndəli iyunun 26-da “dövlət quruluşuna qarşı təbliğat aparmaq”, “sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq” və “ictimai düşüncəni çaşdırmaq” ittihamları ilə məhkəmə qarşısına çıxarılıb. (Təbriz Səsi)