“Fəallar Gələcək Naminə” hərəkatının üzvü Elvin Kərimova həbs cəzası verilib.
Diaspora.TV xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Məhkəmə “polisin qanuni tələblərinə tabe olmamaq” maddəsi ilə ona 8 günlük inzibati həbs cəzası tətbiq edib.
Qeyd edək ki, “Koalisiya – Dəyişikliklər üçün”ün üzvü Elvin Kərimov 3 dekabrda Tblisidə baş tutan aksiyaların birində həbs edilib. O, həm etnik zəmində, həm də fiziki zorakılığa məruz qalıb.
Vəkili Kamran Amcanoğlu Elvinin üz nahiyəsində xəsarətlər olduğunu bildirib.