Tarix: 10.07.2024 / 19:24
Cumhurbaşkanlığı sarayına rəsmlər hazırlayan   azərbaycanlı

Cumhurbaşkanlığı sarayına rəsmlər hazırlayan azərbaycanlı

“1956-cı ildə Bakı şəhərində anadan olmuşam. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini və Azərbaycan Rəssamlıq Akademiyasını bitirmişəm. Xalq rəssamları Mirəliəsgər Mirqasımov və Mikayıl Abdullayevin tələbəsi olmuşam”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında rəssam və heykəltaraş Sənan Eynullayev deyib.

“Bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs demişəm. 1993-cü ildə Türkiyədən dəvət alaraq bura gəlmişəm. Burada “İstək Vəqfi”ndə (rəsm, heykəl, keramika) müəllim olaraq fəaliyyətimi davam etdirdim. Bu günə qədər bir çox sifarişlər hazırlamışam”, -deyə soydaşımız bildirib.



Müsahibimiz əlavə edib ki, hazırda Cumhurbaşkanlığı sarayına 75 ədəd yağlı boya rəsmləri hazırlayır:

“Bundan başqa, Türkiyənin ən məşhur, qədim tarixi abidələrinin rəsmlərini çəkmişəm. Mustafa Kamal Atatürkün atlı bürünc heykəlini və Fatih Sultan Mehmetin heykəlini hazırlamışam. Eyni zamanda, Çingiz Aytmatov parkında onun bürünc heykəlinin müəllifiyəm. Həmçinin Həsən Bəy Zərdabinin heykəlini də hazırlamışam. İstanbulda və Türkiyənin bir çox şəhərlərində panorama muzeylərim, heykəllərim var. İki il əvvəl Polad Bülbüloğlunun dəvəti ilə Şuşada Bülbülün Ev Muzeyini qurmuşam”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...