Tarix: 19.10.2024 / 12:07
 “Crocus” terror aktında əlbir olan şəxslərin telefonlarında mühüm məlumatlar    aşkar edilib

“Crocus” terror aktında əlbir olan şəxslərin telefonlarında mühüm məlumatlar aşkar edilib

Rusiya İstintaq Komitəsinin əməkdaşları Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı ilə bağlı cinayət işində şəriklərin telefon nömrələrindən bütün lazımı məlumatları alıblar.

Diaspora.TV Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin məlumat verib.

A.Bastrıkin qeyd edib ki, cinayətkarların rabitə cihazlarını məhv etmək cəhdlərinə baxmayaraq, lazımi məlumatlar müəyyən edilib.

“Crocus Citi HAll” konsert zalında törədilən terror aktı ilə bağlı cinayət işinin araşdırılması zamanı müstəntiqlərimiz və kriminoloqlarımız bir neçə yüz müxtəlif KİV-dən əldə edilmiş çoxlu məlumatı təhlil ediblər”, - deyə A.Bastrıkin bildirib.

Onun sözlərinə görə, hücumdan sonra cinayət ortaqları mobil telefonları məhv etməyə cəhd ediblər, lakin qurğuların ekspertizasının nəticələri cinayətə hazırlıq şəraiti haqqında istintaq üçün əhəmiyyətli olan məlumat əldə etməyə imkan verib.

Qeyd edək ki, Moskva vilayətinin Krasnoqorsk şəhərindəki Crocus City Hall konsert zalında terror aktı martın 22-də, Piknik qrupunun konserti günü baş verib.

Şərhlər

Yaz...