“Bir "stand up"-çı olaraq ölkəmizdən xaricdə, vətənimizdən kənarda diasporanın diqqət və qayğısını hər zaman öz üzərimdə hiss etmişəm”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında aktyor Fərda Xudaverdiyev (Amin) deyib.
F.Xudaverdiyev açıqlamasında diasporların işini yüksək qiymətləndirib:
“Sizin internet televiziya vasitəsilə təşəkkür etmək istəyirəm. Nə yaxşı ki, belə işlər görülür, Azərbaycan xaricdə tanıdılır. Vətənimizi təbliğ etmək, tanıtmaq üçün tədbirlər keçirilir. Çox istərdim ki, xaricdə yaşayan soydaşlarımız keçirdiyim konsertlərə dəstək olsunlar. Onlarla orada görüşsəm çox şad olaram, çünki istəyirəm ki, milli yumoru xaricə də aparaq. Bilənlər bilir ki, artıq 26 ildir komediya sahəsindəyəm. Vətənimizi bu istiqamətdə də təmsil etmək mənim üçün qürurverici olar. Hər zaman xalqımın xidmətindəyəm, azərbaycanlılarımıza və diaspor rəhbərliyimizə uğurlar arzu edirəm”.
Xəyalə Zöhrab
Diaspora.TV