Tarix: 21.08.2024 / 18:30
Növbəti parlament qalib ölkənin ilk parlamenti olacaq   - Diaspor sədri

Növbəti parlament qalib ölkənin ilk parlamenti olacaq - Diaspor sədri

“Azərbaycanda sentyabrın 1-nə təyin edilmiş parlament seçkiləri demokratiya istiqamətində növbəti addım olacaq. Bu seçkilərin ən mühüm tərəfi də odur ki, ilk dəfədir parlament seçkiləri ölkənin bütün suveren ərazilərində keçirilir. Təkcə bu fakt Azərbaycanın ərazi bütövlüyünün bərpasının əzəmətini nümayiş etdirir”.

Diaspora.TV xəbər verir ki,bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Norveçdə fəaliyyət göstərən “CAN” diaspor təşkilatının rəhbəri, tanınmış modelyer Şervin Nəcəfpur bildirib.

O qeyd edib ki, Vətəndən uzaqda olsa da, ölkədə keçirilən siyasi prosesləri maraqla izləyir:

“Namizədlərin təşviqat prosesinə şövqlə qatıldığını, onlar üçün hər bir şəraitin yaradıldığını müşahidə edirik. Fikrimizcə budəfəki seçkilər Azərbaycanda demokratiya istiqamətində mühüm addımlardan biri olacaq”.

Diaspor rəhbəri qeyd edib ki, növbəti parlament qalib ölkənin ilk parlamenti olacaq:

“Çox istərdim ki, bu Milli Məclis tariximizin müzəffər dövrünə layiq, vətənpərvər, intellektual insanların cəm olduğu bir parlament olsun, ölkəmizin beynəlxalq miqyasda artan dəyərini ifadə edə bilsin”.


Şərhlər

Yaz...