Tarix: 24.09.2024 / 11:10
COP29 zamanı beynəlxalq uçuşlar    ləğv ediləcək?

COP29 zamanı beynəlxalq uçuşlar ləğv ediləcək?

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Bakıda keçirilməsi “Azərbaycan Hava Yolları” QSC-nin fəaliyyətinə təsir göstərməyəcək.

Diaspora.TV xəbər verir ki, bu barədə 1news.az -ın sorğusuna cavab olaraq aviaşirkətdən bildirilib .

“Noyabrın 11-dən 22-dək baş tutacaq COP29 tədbiri zamanı bütün beynəlxalq reyslər müəyyən edilmiş qrafikə uyğun normal rejimdə həyata keçiriləcək və heç bir reys ləğv edilməyəcək. Sərnişinlər səfərlərini hazırkı uçuş cədvəlinə uyğun planlaşdıra bilərlər”, - deyə AZAL-dan bildirilib.



Şərhlər

Yaz...