Tarix: 01.11.2024 / 12:04
Ukraynalı nazir COP29-dan danışdı    - Bu məsələdə Ukraynanın səsi eşidilməlidir

Ukraynalı nazir COP29-dan danışdı - Bu məsələdə Ukraynanın səsi eşidilməlidir

"İqlim dəyişikliyi iqtisadiyyatımızın hər bir sektoruna təsir edir, ona görə də biz buna uyğunlaşmalıyıq. Ölkəmizin yenidən qurulması prosesində baş vermiş dəyişiklikləri nəzərə almaq və müasir texnologiyalardan istifadə etmək lazımdır".

Diaspora.TV “Ecopolitic.com.ua”ya istinadən xəbər verir ki, bu fikiləri Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk bildirib.

“Qlobal məqsəd artıq müəyyən edilib - biz ölkəmizi “yaşıl” şəkildə yenidən quracağıq. Biz bu barədə nəinki danışmaq, həm də bu “yaşıl” bərpanın məhz necə baş verməsi ilə bağlı konkret həlləri birgə işləməliyik. Bu, Bakıda keçiriləcək COP29-da bizim işimizin və danışıqlar mövqeyimizin əsas mesajlarından, istiqamətlərindən biri olacaq. Bu platformada biz Ukrayna mühitinin və iqlim dəyişikliyi ilə qlobal mübarizə prosesinin nəticələri və itkilərindən danışmalıyıq. Biz bütün bunları öz pavilyonumuzda nümayiş etdirəcəyik - müzakirələr aparıb həll yollarını qeyd edəcəyik. COP genişmiqyaslı xarakterli bütün kritik ekoloji problemlərin müzakirə edilməli olduğu platformadır.

Təəssüf ki, Ukrayna bütün beynəlxalq müqavilələrin pozulduğu məkandır. İki həftə əvvəl bizim beynəlxalq tərəfdaşlarımızla çox səmimi və konkret söhbətimiz oldu. İclasda 60-dan çox ölkə iştirak edib. Dəymiş ziyanın ödənilməsi işinin yaxşılaşdırılmasına köməklik göstərilməsi, təcavüzkarın məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq mübarizə prosesinin davam etdirilməsi, ölkəmizin birgə yenidən qurulması yolları müzakirə edilib. Konfransın ikinci bloku Paris Sazişinin prinsiplərinin həyata keçirilməsinin davam etdirilməsi və istixana qazları emissiyaları üzrə qlobal hesabatların hazırlanması üzrə gələcək işlərdən ibarətdir. Bu, Ukrayna üçün də çox həssas məsələdir, çünki Rusiya bizim ərazilərimizi (Krım, Donetsk və Luqansk vilayətləri) işğal etdiyi ilk vaxtdan öz adından - sanki öz əraziləriymiş kimi onlar haqqında hesabat verir. Ona görə də bu aspektlə bağlı Rusiya ilə hüquqi və siyasi mübarizəni dayandırmırıq.

Biz COP29-da digər iştirakçılarla iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün qlobal mexanizmin inkişafı haqqında danışacağıq. Hazırda bu məsələ həllini tapmayıb. Bu məsələdə Ukraynanın səsi eşidilməlidir”, - deyə o bildirib.



Şərhlər

Yaz...