İranın Ətraf Mühit Təşkilatının sədri Şina Ənsari “Gənc Reportyorlar Klubu”na müsahibəsində bildirib ki, Bakıda baş tutan COP29 Konfransında çıxışı zamanı müharibənin ətraf mühitə dağıdıcı təsirlərindən söz açıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.
“Bu məsələ əslində İran Xarici İşlər Nazirliyi tərəfindən diqqətdə saxlanılır. Biz Bakıda keçirilən COP29 Konfransındakı çıxışımızda bu məsələni dilə gətirdik və müharibənin ətraf mühitə dağıdıcı təsirlərini qeyd etdik. Müharibənin ətraf mühitə ziyanlı təsirləri gizlədilə və bəzən dəyişdirilə bilməz”, - deyə, Şina Ənsari qeyd edib.