COP29-a hazırlıq işləri artıq son mərhələdədir.
Diaspora.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də "MAN Truck&Bus" şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edərkən deyib.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir.
Dövlət başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd etdi.