Tarix: 02.06.2024 / 18:00
Millətlər Balında Azərbaycanı    “Çinar” təmsil edəcək

Millətlər Balında Azərbaycanı “Çinar” təmsil edəcək

İyunun 12-də Sankt - Peterburqda Alexander Parkda Millətlər Balı keçiriləcək.

Bu barədə məlumatı Diaspora.TV-yə Sankt-Peterburq Dövlət Universitetinin müəllimi, “Çinar” Azərbaycanlıların Milli-Mədəni Mərkəzinin sədri Xeyransa Mirzəyeva verib.

X.Mirzəyeva bildirib ki, tədbirdə “Çinar” Rəqs Qrupunun üzvləri aşağıdakı tərkibdə iştirak edəcək:

1. "İgidlər" rəqsi - Ramazan Hacıyev və Mələk Hacıyevanın ifasında "Qəhrəmanlar".

2. Kamilla Qaibovanın ifasında "Azərbaycan gözəli" rəqsi.

3. Beynəlxalq müsabiqələr laureatı, Sankt-Peterburq Konservatoriyasının tələbəsi Teymur Kazımovun ifasında Mokrousov “Tənha qarmon” vokal.

4. Sultan Quliyev və Fidan İsmayılovanın ifasında “Süleymani” rəqsi.

5. Bütün qrupun ifasında “Gənclik-Gənclik” rəqsi.

6. Sankt-Peterburq Konservatoriyasının tələbəsi Teymur Kazımovun ifasında vokal M.Maqomayev “Azərbaycanın bahar bölgəsi”.

Qeyd edək ki, tədbir saat 12.00-dan 18.00-dək davam edəcək.


Şərhlər

Yaz...