Tarix: 17.09.2024 / 09:20
 Ciddi islahatların aparılmasına ehtiyac var    - Politoloq

Ciddi islahatların aparılmasına ehtiyac var - Politoloq

“Diaspora ilə bağlı Azərbaycanın ciddi strategiyası olmalıdır. Bununla bağlı dünya praktikasında nümunələr də var. Dünyada yaşayan azərbaycanlıların öz vətənlərinə gəlib-getməsi üçün viza rejiminin sadələşdirilməsinə ehtiyac var”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq təklif edib ki, viza rejimi nəinki 3-5 il, hətta müddəti 10 il qədər uzadılsın:

“Azərbaycanı xarici ölkələrdə layiqincə təmsil etməlidirlər və bilməlidirlər ki, onların arxasında Azərbaycan kimi dövlət var. Azərbaycanı təmsil etmək üçün onların hər birinin mənəvi borcu yaranmalıdır. Yoxsa viza və digər bürokratik əngəllərlə bağlı xaricdə yaşayan soydaşlarımızın problemləri olarsa, onlar dövlətimizi xarici ölkələrdə keçirilən tədbirlərdə zəif təmsil edəcəklər. Azərbaycana qarşı kampaniyada öz mövqelərini qoymayacaqlar, yaxud da bir çox hallarda zəif mövqe ortaya qoyacaqlar”.

Politoloq artıq dünyada yeni çağırışların olduğunu qeyd edib:

“Bunun üçün də diaspora təşkilatları və Diaspora Komitəsinin fəaliyyəti daha da gücləndirilməlidir. Diaspora ölkənin xaricdəki gücüdür”.

Politoloqun fikirincə, məhz bunun üçün bu sahə dövlətin ciddi şəkildə nəzarətində olmalıdır:

“Təkcə bir-iki tədbirlər təşkil etməklə məsələ yekunlaşmır. İlk növbədə bu istiqamətdə ciddi islahatların aparılmasına ehtiyac var. Amma indi atılan addımlar diasporamızın inkişafına bir o qədər də müsbət təsir etmir. Onların təşkilatlanması, vətənlə bağlarının möhkəmləndirilməsi istiqamətində viza və digər məsələlər həllini tapmalıdır”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...