Tarix: 20.11.2024 / 09:40
Gürcüstan azərbaycanlısından    İvanişviliyə sərt sözlər

Gürcüstan azərbaycanlısından İvanişviliyə sərt sözlər

"Bu gün mənim Gürcüstanım buradadır. Bu gün mən gürcüstanlı azərbaycanlı kimi ikiqat xoşbəxtəm və fəxr edirəm ki, mənim ölkəmin taleyinin həll olunduğu bir vaxtda, bu tarixi məqamda mən burada sizinləyəm. Bu, mənim üçün çox mühümdür".

Diaspora.TV Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri "Vahid Milli Hərəkat" partiyasının nümayəndəsi Ceyhun Məhəmmədəli Tbilisidə davam edən aksiyada çıxışı zamanı deyib.

"Rusiya Gürcüstana qan və ölüm gətirib, Gürcüstanın yeri Avropadadır", - deyən Ceyhun Məhəmmədəli sözlərinə belə davam edib:

"Bu gün mən həyatımda ilk dəfə ölkəmin taleyinin həll olunduğu bir məqamda sizinləyəm. Biz, burada olan hər bir kəs bu gün Gürcüstandır. Gürcüstan xalqı bu gün Avropa gələcəyini seçir, Bidzina və onun rejiminin əleyhinədir. Gürcüstan artıq bir dəfə Rusiyanın əlində olub, tarix bizə Rusiyanın nə etdiyini göstərdi. Rusiya bizə qan və ölümdən başqa heç nə vermədi. Biz həyat istəyirik, təhsil, iqtisadiyyat, gələcək istəyirik. Bu gələcək isə Avropadadır. Bidzina və onun rejimi bu səhər Gürcüstanımızı dağıtdı. Bizə burada deyil, orada durmağımızı söyləyirlər. Bidzina bizə harada duracağımızı göstərə bilməz, Gürcüstanın hər nöqtəsi bizimdir. İvanişvili özünə yer tapsın və Gürcüstanı tərk etsin. Onun yeri Rusiyadadır, bizim yerimiz isə Gürcüstandadır. Yaşasın Gürcüstanımız".

Şərhlər

Yaz...