Çexiyada qanunsuz miqrantlardan ibarət 30 nəfərdən ibarət qrup saxlanılıb.
Diaspora.TV xəbər verir ki, bu barədə X-də Respublika Polisi məlumat yayıb.
“Saat 20:00-dan sonra Praqadan Almaniyaya gedən D8 ekspress yolunun 18-ci km-də yarımqoşqusunda 30-a yaxın əcnəbini daşıyan xarici yük maşınını saxladıq”, - deyə bəyanatda bildirilir.
Polis saxlanılanların vətəndaşlığını dəqiqləşdirməyib.
Bir neçə qeyri-qanuni immiqrant qaçmağa cəhd etdiyi üçün magistral yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Onlar Çexiya ərazisindən keçməklə Qərbi Avropa ölkələrinə qanunsuz daxil olmağa cəhd ediblər.