“Azərbaycan filmlərinin xarici ölkələrdə yayımının təşkili müsbət hal olardı”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Xalq artisti Valeh Kərimov deyib.
V.Kərimov qeyd edib ki, bu barədə aidiyyatı orqanlar düşünməlidir:
“Biz sənətə gələn gündən dayanmadan səhnədə, kamera qarşısında olduq, nə qədər filmlərdə çəkildik. Mən filmlərimizin xarici ölkələrdə təqdim olunmasını çox istəyirəm, amma yollarını bilmirəm”.
Xalq artisti çəkildiyi filmlərə baxmadığını etiraf edib:
“Daha mən həmin həvəslə yaşamıram. Nə oldusa qutardı, bitdi. Çəkilmişəm, bir qələtdi eləmişəm”.
Jalə
Diaspora.TV