Tarix: 24 Sentyabr 2024 14:16 | Baxış sayı: 374
Çeçenistanda saxlanılan  azərbaycanlılar    ölkəyə gətirildi

Çeçenistanda saxlanılan azərbaycanlılar ölkəyə gətirildi

Xarici İşlər Nazirliyi Çeçenistanda saxlanılan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirib.

Diaspora.TV xəbər verir ki, nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları artıq ölkəyə gətirilib:

“Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, vətəndaşlarımızın ölkəmizə geri qaytarılması məqsədilə dərhal Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb. Bununla yanaşı, saxlanılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub. Vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib”.


Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?