Tarix: 31.10.2024 / 16:23
Çeçen diasporu Avstriya və Bosniyaya qarşı    aksiya keçirdi

Çeçen diasporu Avstriya və Bosniyaya qarşı aksiya keçirdi

Avstriyanın paytaxtı Vyanada körpə uşaqları ilə bu ölkəyə pənah gətirmiş çeçen qadın Səlimə Xadisovanın deportasiyasına qarşı mitinq keçirilib.

Diaspora.TV xəbər verir ki, o, Rusiyada qeyri-qanuni silahlı qruplarla əlaqədə olmaqda ittiham edilir. Lakin diaspor nümayəndələri onun məişət zorakılığından qaçdığını bildirirlər.

Xəbər verdiyimiz kimi, məişət zorakılığından qaçan 32 yaşlı Səlimə Bosniyada saxlanılıb. Çeçen diasporunun dediyinə görə, ərinin qohumlarının təkidi ilə o, Rusiyada axtarışa verilib.

Xadisovanın deportasiyasına etiraz aksiyası oktyabrın 29-da axşam Avstriyanın paytaxtında, Bosniya və Herseqovina səfirliyinin qarşısında keçirilib.

Etirazçılar aksiyaya “Deportasiya dayandırılsın!”, “Səliməyə azadlıq!”, “Rusiya tərəfindən çeçenlərə qarşı təqiblərə son qoyulsun!” plakatları ilə çıxıblar. Tədbirin təşkilatçısı Roza Dunayeva bildirib ki, aksiyanın nəticələrinə əsasən, Bosniya və Herseqovina səfirliyinə qətnamə təqdim olunub.

"Rusiyadan qaçan qaçqının hazırda ekstradisiya riski böyükdür. Rusiyada o, çox güman ki, işgəncələrə və digər insan hüquqları pozuntularına məruz qalacaq. Ən pisi də mümkündür - qətl!” - deyə, Dunaeva qeyd edib.

Şərhlər

Yaz...