“Bu tədbirin əsas məqsədi xaricdə yaşayan azərbaycanlı alimlərin bir yerə toplanması, onlarla fikir mübadiləsi apararaq Azərbaycan elmini qısa, orta və uzun müddətli inkişaf etdirməkdir”.
Bu sözləri Diaspora.TV-yə Fransada fəaliyyət göstərən ALİM Elmi Assosiasiyasının rəhbəri, iqtisad üzrə fəlsəfə doktoru, ADA və Versal Universitetlərinin müəllimi Günel Səfərova Xaricdə yaşayan azərbaycanlı Alimlərin Forumundan danışarkən deyib.
O, bu tədbiri təqdirəlayiq hesab edib:
“Mən belə bir tədbiri çoxdan gözləyirdim. 2019-cu ildə biz ilk dəfə Fransada azərbaycanlı alimlərin görüşünü keçirdik. 2020-ci ildə ALİM Elmi Assosiasiyasını yaradanda da belə bir fikiri irəli sürmüşdük”.
G.Səfərova hesab edir ki, əsas məqsəd Azərbaycan elmini inkişaf etdirməklə yanaşı, eyni zamanda xaricdə yaşayan azərbaycanlı alimlərin elmimizə verə biləcəkləri töhfəni müzakirə etməkdir:
“Biz də Fransadan gələn ALİM Elmi Assosiasiyanın üzvləri olaraq canla- başla təcrübələrimizi bölüşəcəyik”.
Jalə
Diaspora.TV